Goranboyda ilan sancmasından vəziyyəti ağırlaşan 46 yaşlı kişi Bakıya göndərilib

03.07.2019 09:37
Goranboy rayonunda ilansancması hadisəsi qeydə alınıb. 

REYD APA-ya istinadən verdiyi məlumata görə, təsərrüfat işləri ilə məşğul olan zaman 1973-cü il təvəllüdlü rayon sakini İskəndərov Hüseyin Kamal oğlunun ayağından ilan sancıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin tibbi yardım alan yaralı vəziyyətinin ağır olduğundan paytaxt klinikalarından birinə göndərilib.