Spirtli içki aludəçisi evində ölü tapıldı – Lənkəranda

03.07.2019 09:40
Lənkəranda 48 yaşlı kişi evində ölü tapılıb.

REYD-in verdiyi xəbərə görə, Liman şəhər sakini, 48 yaşlı Bağırov Səbahəddin Rəhim oğlunun cəsədi qohumları tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Qohumunun sözlərinə görə, S.Bağırov spirtli içki aludəçisi olub, lakin hadisənin dəqiq başvermə səbəbi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.