“Peşə təhsilinin region gəncləri arasında təbliği” layihəsi icra edilir

03.07.2019 17:43
"Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Sabirabad rayonunda yeniyetmə və gənclər üçün "Peşə təhsilinin region gəncləri arasında təbliği” layihəsi çərçivəsində təlimləri uğurlar davam etdirir.

REYD xəbər verir ki, bu günə kimi Sabirabad rayonunda bir sıra gənclərlə görüşlər keçirilib, onlara peşə təhsilinin vacibliyi, əsası barədə məlumatlar verilib. Layihə iyul ayının sonunda yekunlaşdırılacaqdır.
Layihənin əsas məqsədi gənclər üçün peşə təhsilinin təbliğindən və onların bu sahədə təcrübəli mütəxəssis kimi yetişdirilməsindən bəhs edir.

Ümumilikdə orta məktəb şagirdləri və ali məktəbərə qəbul ola bilməyən gənclər arasında peşə təhsili haqıında geniş məlumat veriləcək, təşkil edilmış təlimlərdə həmin gənclərin iştirakı təmin ediləcək.