Gəncədə avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib

04.07.2019 10:32
Gəncə şəhərində avtobus 2 yaşlı uşağın ayaqlarının üzərindən keçib.

REYD Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini olan sürücü idarə etdiyi avtobusla hərəkətdə olan zaman 2 yaşlı Elay Elnur oğlu Balakişiyevin ayaqlarının üzərindən keçib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.