Sabirabadda çoban intihar etdi

04.07.2019 10:46
Sabirabadda intihar hadisəsi baş verib.

REYD Oxu.Az-a istinadən  xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən fermalardan birində çoban işləyən 1965-ci il təvəllüdlü Zülfüqar Məmmədovun yarımtikilidə asılmış meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.