Siyəzəndə baş verən qəzada ata ölüb, övladı xəsarət alıb

04.07.2019 14:39
Siyəzəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REYD-ə verilən məlumata görə, iyulun 3-də saat 8 radələrində Siyəzən rayonu Zarat kəndi ərazisində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi "VAZ-2107” markalı avtomobili yol ayırıcına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini olan 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.