Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

04.07.2019 18:45
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Çingiz Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

REYD-in məlumatına  görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Ç.Bayramova 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tətbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, Ç.Bayramov Həsən Naibov adlı şəxsdən 60 min manat alaraq, ona məxsus 0,6 hektar torpaq sahəsinə çıxarış alacağı vədini verib və vədinə əməl etməyib. 

Ç.Bayramova Cinayət Məcəlləsinin 178.3.2- ci(külli miqdarda dələduzluq)  və 32, 312 (rüşvət verməyə təhrik etmə) maddəsi ilə ittiham verilib.