Prokuror hoteldə qadını öldürən şəxsə cəza istəyib

04.07.2019 18:46
Bakıda hoteldə qətl törətməkdə təqsirləndirilən 1983-cü il təvəllüdlü Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

REYD-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında döclət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı N.Əliyevə 20 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Proses gələn həftə davam etdiriləcək.

Qeyd edək ki, hadisəsi ötən il sentyabrında Abşeron rayonundakı "Oskar" otelində baş verib.

Məlumata görə, 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı qətlə yetirib 

Mərhumun 11 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.