İraq vətəndaşı Bakıda ölüb

05.07.2019 11:02
Bakıda əcnəbi vətəndaş faciəvi şəkildə ölüb.

REYD-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. İraq vətəndaşı, 1963-cü il təvəllüdlü Alimar Haydar  Alihüseyn qaldığı "Ramada” hotelindən mədə qanaxması diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.