Bakıda 34 yaşlı kişi bıçaqlanıb

05.07.2019 11:04
Bakıda bıçaqlanma hadisəsi baş verib.

REYD-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26. ünvanında qeydə alınıb.

Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Ağahüseyn Hüseynov qısqanclıq zəminində 2000-ci il təvəllülü Fərid Quluzadə tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırıb, həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. F.Quluzadə saxlanılıb.