Xaçmazda taksi sürücüsü boğazından bıçaqlanıb

05.07.2019 11:05
Xaçmaz sakini bıçaqlanıb.

REYD-in məlumatına görə, Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onun boğaz və sinə nahiyyəsinə 5 bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xaçmaz rayon Polis İdarəsində araşdırma başlanılıb.