Ağsu aşırımında yol qəzası olub, yaralılar var

05.07.2019 11:07
Ağsuda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REYD APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Qəribov Kamran Zahid oğlunun idarə etdiyi  avtomobilin qarşısına qoyunlar çıxıb və maşın idarəetməni itirərək yol kənarındakı daşlara çırpılıb. Qəza nəticəsində sürücü və sərnişinləri - Quliyev Fəqan Əfsər oğlu, Cəlilov Dilqəm Günəş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Fəqan Quliyevin gözünə şüşə parçası girib, onun vəziyyəti ağır olduğu üçün Bakıya aparılıb.