Bakıda mağazadan soyğunçuluq yolu ilə geyim əşyaları aparılıb

06.07.2019 11:21
Bakıda mağazadan soyğunçuluq yolu ilə geyim əşyaları aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən REYD-ə verilən məlumaat görə, iyulun 5-də Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə 22-ci Polis Şöbəsinə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini R.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.