Ərəb turist skuterin altında qalıb yaralandı - Novxanıda

06.07.2019 13:37
Ərəb turist skuterdən yıxılaraq yaralanıb.

REYD xəbər verir ki, Novxanı qəsəbəsində çimərlikdə 1998-ci il təvəllüdlü Əl Nasir Novaf ibn Saleh skuter sürərkən yıxılıb.

Skuterin altında qalan yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.