Mingəçevirdə mal-qara oğrusu saxlanılıb

08.07.2019 10:54
Mingəçevirdə davamlı mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə REYD-ə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki,  iyulun 7-də Mingəçevir şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən bir neçə şəhər sakini onlara məxsus iribuynuzlu mal-qaranın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Daxil  olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 23 yaşlı Vüqar Mustafayev  saxlanılıb. Ətrafında aparılan araşdırmalarla onun ötən ayın 28-dən iyulun 5-dək olan müddətdə  ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı aşkar  olunub.

Faktla bağlı şəhər Polis Şöbəsinin  İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.