Hacıqabulda iki yük maşını toqquşdu, bir nəfər öldü

09.07.2019 11:06
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

REYD xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"MAZ” və "KAMAZ” markalı yük maşınlarının toqquşması nəticəsində 1 nəfərin ödüyü bildirilir.

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.