Beyləqanda qəza: piyada öldü

05.08.2019 16:47
Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

REYD Oxu.Az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb. 

"VAZ-2107” markalı avtomobil yolu keçən qəsəbə sakini Rza Əliyevi vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.