Toya gedib yasa düşdülər - Bir ölü, üç yaralı

05.08.2019 16:49
Qubada yol-nəqliyyat hadisəsi baş verib.

REYD-in verdiyi xəbərə görə, hadisə rayonun Püstəqasım kəndində qeydə alınıb.

"Vaz-2107” markalı avtomobilin qaz xəttinə çırpılması nəticəsində 61 yaşlı Elmira Məmmədova həyatını itirib.

Daha üç nəfər - Timiryazev kənd sakini 39 yaşlı Gülnarə Quliyeva, Xaçmazın Müzəffəroba kənd sakini 26 yaşlı Şəlalə Mütəllimova və 6 yaşlı Dilşad Məmmədova xəsarət alıb. Onlar Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. 

Məlumata görə, ailə toydan qayıdırmış.