Tərtərdə maskalı şəxslər evə basqın edib

07.08.2019 13:52
Tərtərdə evə basqın olub.

REYD xəbər verir ki, hadisə Tərtər şəhərində qeydə alınıb. Rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Sadıqovun yaşadığı evə daxil olan iki maskalı şəxs ev sahibinin əl-qolunu bağlayıb, ona zor tətbiq etməklə pul tələb ediblər. Səsə E.Sadıqovun atası, 1962-ci il təvəllüdlü Zakir Sadıqov gəlib. Bunu görən maskalı şəxslər evi tərk edib.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.