Türkiyədə rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb

07.08.2019 13:54
Türkiyənin Alanya bölgəsinin yaxınlığında rusiyalı turistləri daşıyan avtobus qəzaya uğrayıb. 

REYD "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, avtobusun sürücüsü dağlıq yolda idarəetməni itirib. 

Qəza nəticədə 6 nəfər yaralanıb. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.