Ağstafada yolu keçən kişini maşın vuraraq öldürüb

07.08.2019 13:56
Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REYD verilən məlumata görə, avqustun 6-da saat 20 radələrində Ağstafa rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Ş.Bayramov idarə etdiyi "VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.