Bərdədə iki avtomobil toqquşub, yaralılar var

08.08.2019 13:38
Bərdə rayonunda iki minik avtomobili toqquşub. 

REYD"Report"a istinadənverdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

"Opel" və "VAZ 21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər onların vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.