Avtobus sürücüsü sükan arxasında ölüb

08.08.2019 13:43
Sumqayıt şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

REYD APA-ya istinadən verdiyi məlumata görə, Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi xətti üzrə hərəkət edən 3 nömrəli marşrut avtobusunun sürücüsü, 1965-ci il təvəllüdlü Kazımov İmamverdi Əsgər oğlu sükan arxasında dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.