Şəmkir sakini həmyerlisini kürəyindən bıçaqladı

09.08.2019 13:28
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

REYD Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əmir Abdullayev həmyerlisi, 1998-ci il təvəllüdlü Malik Amil oğlu Abdullayevi kürək nahiyəsindən bıçaqlayıb.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti kafidir. Ə.Abdullayev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.