Printerdə çap edilmiş 200 avronu bankda dəyişmək istədi, ələ keçdi

07.09.2019 16:33
Rəngli printerlər vasitəsilə saxta pul çap etmə hallarında artım müşahidə edilib.

Bakıda növbəti saxta banknot faktı qeydə alınıb. Bu dəfə paytaxt sakini saxta banknotu bankda dəyişmək qərarına gəlib.

Bu barədə REYD-ə Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

"NBC Bank"ın Yasamal rayon filialında 36 yaşlı F.M. saxta 200-lük avronu dəyişməyə cəhd edib. Amma bankın əməkdaşları saxta banknotu dərhal aşkar edərək kişini saxlayıblar və onu 27-ci Polis Bölməsinə təhsil ediblər.

İlkin dindirmə zamanı F.M. banknotun saxta olduğunu bilmədiyini deyib.

Hazırda saxta banknotları yayan şəxsin axtarışları gedir.

Qeyd edək ki, saxta pul məsələsi bütün ölkələrdə var. Rəqəmsal texnologiyalar isə saxta banknotun keyfiyyətini artırmağa imkan verir. Saxta pul kəsənlər, əsasən, 100, 50 və 20 manatlıqlar çap edirlər.

Son dövrlər isə saxta 5 manatlıqların da olduğu barədə məlumatlar var.

Adətən, printerdə çap edilən saxta banknotu asanlıqla tanımaq mümkündür. Bunun üçün banknota diqqətlə baxmaq kifayət edir. Amma bu yaxınlarda Bakıda banklardan biri saxta pulu aşkar edə bilməyib və bankomat vasitəsilə müştəriyə verib.

Bu isə bazarda kifayət qədər keyfiyyətli saxta pulların dolaşdığından xəbər verir. Belə saxta banknotlar adi printerlə yox, başqa üsulla çap edilir və ölkənin maliyyə sistemi üçün təhlükəlidir.



SON XƏBƏRLƏR

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

15:35 Nazir Avropa Olimpiya Komitələri Baş Assambleyasında çıxış edib

15:34 Təbiətin Mühafizə Cəmiyyəti ağacəkmə kampaniyası təşkil edib

2019-10-24

12:44 Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşı ilə bağlı qərar çıxardı

davamı>>