Vətəndaşların bank hesabından pul oğurlayan şəxs tutulub

07.09.2019 16:38
Bakıda vətəndaşların bank hesabından pul çıxaran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən REYD-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri keçirib. 

Əməliyyat nəticəsində Bakı şəhər sakini olan 2 nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini O.Cəlilov saxlanılıb. O, əvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.