Bərdədə 4 avtomobil toqquşub, yaralılar var

17.09.2019 16:52
Bərdə rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Yeni Bakı küçəsində qeydə alınıb.

Belə ki, 3 "VAZ-2107" markalı avtomobil və 1 "VAZ-21015" markalı minik avtomobili toqquşub. 

Hadisə zamanı sürücülərdən ikisinin yüngül dərəcəli xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.