Qobustanda 18 yaşlı gənc bıçaqlandı

02.10.2019 09:09
Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

REYD xəbər verir ki, Qobustan qəsəbəsində 18 yaşlı Nəcəfov Sənan Nadir oğlu tanımadığı şəxslə mübahisə edən zaman bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.