"Bu günə qədər 3426 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib"

04.10.2019 16:18
2019-cu ilin 9 ayı ərzində "Azərişıq” ASC-yə "ASAN xidmət”, "ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların 3359 sayı olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur. Belə ki, ötən ilin 9 ayı ərzində 1010 sahibkar müraciət edib.      
Pressa xəbər verir ki, bunu "Azərişığ”ın "ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sahibkarların müraciətlərinin sayında sürətli artımın müşahidə olunması heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə "Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarə olunması sisteminin "Elektron hökumət” portalına inteqrasiya edilməsi də sahibkarların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb.                                                                                 

Məhz Elektron Müraciətlərin İdarəolunması Sistemi vasitəsilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə biləcək. İndi "www.azerishiq.az” saytına, ordan isə Elektron Müraciətlərin İdarəolunması Sisteminə daxil olan sahibkar linki vurmaqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün müraciət edən özünə aid məlumatları ümumi bazadan götürür. Reyester və qeydiyyat nömrələri sistemə daxil edilən kimi dərhal obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi avtomatik müəyyənləşir. Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib, qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə müraciət avtomatik icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır.                                                                           
Qeyd edək ki,  bu günə qədər 3426 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. 



SON XƏBƏRLƏR

2019-10-17

14:02 Bakıda milyon dollarlıq dələduzluq edən qadın “xüsusi agent” cəzasının azaldılmasını istəyir

14:01 Bakıda qardaş qardaşı bıçaqladı

13:59 Ali Məhkəmə Röyanın keçmiş biznes ortağı ilə bağlı qərar çıxardı

13:56 Narkotacir “Volk Qədir” ələ keçdi- FOTO

2019-10-14

17:50 Boks üzrə ikiqat dünya çempionu qonşusu tərəfindən döyülüb

17:48 Goranboyda qadını ata bağlayaraq döyən şəxs barədə qərar verildi

17:44 Şamaxıda ana üç aylıq körpəsinə kerosin içirdi: vəziyyəti ağırdır

17:42 Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi

2019-10-11

15:45 Nərmin Şahmarzadənin statusunda təhqir və böhtan var - Məhkəmə rəy verdi

15:44 Bakıda “Müstəqil Rəcəb”dən saxta içki aşkarlandı

15:42 Çoxuşaqlı ailənin dramı - Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

15:41 Ağsuda kişi su quyusuna düşüb öldü

2019-10-09

18:02 Ucarda itkin düşən ana və qızı tapılıb

18:00 Abşeronda ər arvadını döyərək öldürdü

17:59 Bakıda daha bir dəhşətli qətl: Ər arvadını 18 bıçaq zərbəsi ilə öldürdü

17:57 Bakıda pakistanlıları döyüb, altı min dollar tələb etdilər

2019-10-07

10:07 Balakəndə dörd otaqlı ev yandı

10:05 Sürpriz etmək istəyən kürəkənini öldürdü

2019-10-05

12:23 Sumqayıtda restoran yanıb

12:22 Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

davamı>>