Şəkidə 34 yaşlı qadın özünü bıçaqladı

05.10.2019 12:16
Şəkidə yıxılan qadın bıçaq yarası alıb. 

REYD-in Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin Qurucana küçəsi ev 25-də baş verib. Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Gülşən Yusubova ehtiyatsızlıqdan yıxılıb və əlində olan bıçaq bədəninə batıb. 

G.Yusubova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qabırğaaltının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub, hazırda yaralı əməliyyata götürülüb.