Ucarda itkin düşən ana və qızı tapılıb

09.10.2019 18:02
Ucarda itkin düşən ana və qızı tapılıb.

REYD APA-ya istinadən  Daxili İşlər Nazirliyinin Şirvan regional qrupuna istinadən verdiyi xəbərə görə, sentyabrın 10-da rayonun Qaracallı kənd sakini, 1993-cü il təvəllüdlü Samirə Azər qızı Xəlilova azyaşlı qızı, 2016-cı il təvəllüdlü Zəhra Daşqın qızı Xəlilovanı da götürərək evdən çıxmış və geri qayıtmamışdı.

İtkin kimi qeydiyata alınan ana və qızı oktyabrın 5-də yaşadıqları evə qayıdıblar.