Çoxuşaqlı ailənin dramı - Xəstə ataya qulluq etməyən bacı-qardaşını xəstəxanalıq etdi

11.10.2019 15:42
Bakının Xəzər rayonu Binə qəsəbəsində ailə münaqişəsi baş verib. 

Bununla bağlı Oxu.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. 

Məlumdur ki, oktyabrın 10-u, saat 20:00-da 1971-ci il təvəllüdlü Bədəlov İlham Şura oğlu münaqişə zamanı burğacla 1970-ci il təvəllüdlü bacısı Aygün Bədəlovaya hücum edib. O, bacısına qarın nahiyəsinə çoxsaylı nüfuz edən xəsarətlər yetirib.

Daha sonra o, "KİA” markalı avtomobilinə əyləşərək, maşını qardaşı 1973-cü il təvəllüdlü Elxan Bədəlovun üzərinə sürüb və ona ağır bədən xəsarəti yetirib. Xəsarət alanlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib, həkimlər xəstələrin vəziyyətini ağır stabil qiymətləndirib. 

İlham Bədəlov saxlanılıb. Ona qarşı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.  

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs deyib ki, münaqişəyə səbəb xəstə atasına düzgün qayğı göstərilməməsi olub. Həmin şəxsin böyrək çatışmazlığından əziyyət çəkdiyini və dializ aparatına qoşulu olduğu bildirilib.

İ.Bədəlov deyib ki, o, demək olar ki, bütün sutkanı işləyir, evdə ondan başqa üç bacısı və üç qardaşı var. Ancaq buna baxmayaraq, heç kəs atasının qayğısına qalmır. Bu da Binə sakininin cinayətinə səbəb olub. 

Faktla bağlı araşdırmalar davam edir.


SON XƏBƏRLƏR

2019-11-21

13:35 Kenquru hücum etdiyi qadını bu hala saldı- FOTO

13:27 DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

13:25 Bələdiyyə torpağını qanunsuz satan sədr həbs edildi

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

davamı>>