Bakıda “Müstəqil Rəcəb”dən saxta içki aşkarlandı

11.10.2019 15:44
Bakının Səbail Rayon Polis İdarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları saxta spirtli içkinin istehsalı ilə bağlı daha bir fakt aşkarlayıblar.

Bununla bağlı REYD-ə rayon polis idarəsindən məlumat verilib. 

Aparılan istintaq-axtarış tədbirləri nəticəsində "Müstəqil Rəcəb” MMC-yə məxsus, Bakı şəhər sakininin idarə etdiyi "Volkswagen” yük avtomobilindən saxta olan 456 ədəd araq, 150 ədəd viski aşkar olunaraq götürülüb. 

Hazırda araşdırma aparılır. Sahə müstəntiqləri saxta məhsul istehsalının yerini müəyyənləşdirməyə çalışırlar.