Narkotacir “Volk Qədir” ələ keçdi - FOTO

17.10.2019 13:56
Xaçmaz rayonunda narkotacirlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləcət kənd sakini, 47 yaşlı Əbülfət Həsənov kənd ərazisində yerləşən meşəlik ərazidə saxlanılıb. 

Hal şahidlərinin iştirakı ilə şəxsi axtarış zamanı onun əlindəki kisədən iki sellofan bükümdə, ümumi çəkisi 1 kiloqram 330 qram olan qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində "Volk Qədir” kimi tanınan rayonun Pərdiqran kənd sakini, əvvəllər məhkum olunmuş, 57 yaşlı Qədir Əlimərdanov da saxlanılıb.

Onun yaşadığı evə keçirilən baxış zamanı oradan şüşə bankalarda saxlanılan, ümumi çəkisi 3 kiloqram 675 qram olan qurudulmuş marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Q.Əlimərdanov narkotik vasitələrin ona məxsus olduğunu, həmin çətənə kollarını kultivasiya yolu ilə kəndin yaxınlığındakı meşəlik ərazidə yetişdirdiyini etiraf edib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri qaldırılıb, araşdırmalar aparılır.










SON XƏBƏRLƏR

2019-11-21

13:35 Kenquru hücum etdiyi qadını bu hala saldı- FOTO

13:27 DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

13:25 Bələdiyyə torpağını qanunsuz satan sədr həbs edildi

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

davamı>>