Azərbaycanda Energetiklər Günü qeyd olunur

20.10.2019 10:12

Hər il oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü peşə bayramı kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərancamı ilə "Energetiklər Günü" peşə bayramı təsis olunub.

Ölkədə sənaye və yanacaq-energetika kompleksində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı isə Sənaye və Energetika Nazirliyidir. Nazirlik öz fəaliyyətində ölkə Konstitusiyasını, qanunlarını, prezidentin fərman və sərəncamlarını, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və nazirliyin Əsasnaməsini rəhbər tutur.

Sənaye və yanacaq-energetika kompleksi mədənçıxarma, emal (neftin və qazınemalı, nəqli və paylanması, kimya, maşınqayırma, metallurgiya, yüngül və digər sənaye sahələrindən), elektrik və istilik enerjisinin istehsalı, təchizatı, ötürülməsi və bu sahələrlə əlaqədar işləri həyata keçirən hüquqi şəxslərdən və fərdi sahibkarlardan ibarətdir.

Xatırladaq ki, Yanacaq və Energetika Nazirliyi Azərbaycan Prezidentinin fərmanı ilə 2004-cü ildə ləğv edilib və onun funksiyaları Energetika Nazirliyinə verilib.