Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşı ilə bağlı qərar çıxardı

24.10.2019 12:44
Bakı Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

REYD hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, Z.Məmmədovun apellyasiya şikayəti təmin edilməyib. 

İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin vaxt həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edəndə həyat yoldaşından dörd min manat pulu götürərək onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, "Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.

E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

E.Xəlilov iş üzrə şahid qismində tanınır.

Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sərədrliyi ilə araşdırılıb.

Bu iş üzrə iş adamı, "Yeganə” şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır. E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə ümumilikdə 52500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağı vədini verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Z.Məmmədov məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


SON XƏBƏRLƏR

2019-11-21

13:35 Kenquru hücum etdiyi qadını bu hala saldı- FOTO

13:27 DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

13:25 Bələdiyyə torpağını qanunsuz satan sədr həbs edildi

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

davamı>>