Nazir Avropa Olimpiya Komitələri Baş Assambleyasında çıxış edib

26.10.2019 15:35
Polşanın Varşava şəhərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Kociançiçin də qatıldığı tədbirdə nazir Azad Rəhimov çıxışı zamanı bir neçə mühüm məsələyə toxunub.

İlk olaraq iyul ayında Bakıda gerçəkləşdirilmiş 15-ci Avropa Olimpiya Gənclər Festivalı haqqında danışan nazir, Bakının bu yarışa hazırlığı , görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. Azad Rəhimov vurğulayıb: "Avropanın 48 ölkəsindən 2613 ən yaxşı idmançının qatıldığı bu yarış, 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırıldı. 763 yerli və beynəlxalq texniki heyət oyunların həyata keçirilməsinə cəlb olundu.12 idman arenası yarışların keçirilməsi üçün bütün standartlara cavab verirdi. 500 Azərbaycanlı peşəkar bu oyunların araya-ərsəyə gəlməsində müstəsna rol oynadı.”

Daha sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlarldan söz açan nazir Azad Rəhimov, ölkəmizdə ötən illər ərzində uğurla həyata keçrilmiş idman yarışları, bu yarışlara olan tamaşaçı marağı, idman arenalarının fəaliyyəti, idman siyasəti və digər mühüm məsələlər barədə də söz açıb.

Könüllük hərəkatının da Azərbaycanda çox geniş vüsət aldığını diqqətə çatdıran nazir, hal hazırda tək idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Nazir bildirib ki, Avropa Olimpiya Gənclər Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olmuşdur.

Səfəri çərçivəsində nazir Azad Rəhimov BOK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.


SON XƏBƏRLƏR

2019-11-21

13:35 Kenquru hücum etdiyi qadını bu hala saldı- FOTO

13:27 DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

13:25 Bələdiyyə torpağını qanunsuz satan sədr həbs edildi

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

davamı>>