Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

26.10.2019 15:38

38/37 saylı Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş "Prima M4” sərnişin lokomotivi ilə yola salınıb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, bu günədək dəmir yollarında sərnişin qatarlarının daşınmasında 70-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu. Fransanın "Alstom” şirkətinin istehsalı "Prima M4”ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismarına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə "Prima M4”ün maksimal sürət həddi saatda 100 kilometrdən saatda 160 kilometrə kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. "Prima M4”lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama dayanacaqlarda yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi "Azərbaycan Dəmir Yolları” QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır. Belə ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə "Alstom” şirkəti arasında 2014-cü il mayın 12-də imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd "Prima M4” (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi "Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.



SON XƏBƏRLƏR

2019-11-21

13:35 Kenquru hücum etdiyi qadını bu hala saldı- FOTO

13:27 DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

13:25 Bələdiyyə torpağını qanunsuz satan sədr həbs edildi

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

davamı>>