Riberidən hakimə hörmətsizlik - FOTO

28.10.2019 12:10
"Fiorentina”nın futbolçusu Frank Riberiyə ağır cəza verilə bilər.

Pressa xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 36 yaşlı yarımmüdafiəçinini A Seriyasının 9-cu turunda evdə "Latsio”ya uduzduqları oyundan (1:2) sonra köməkçi hakimi itələməsi olub.

Matçın 89-cu dəqiqəsində qonaqların 2-ci qolu zamanı fransalı futbolçu baş hakimin qərarından narazı qalıb və bunu yan xətt hakiminə həddən artıq emosional şəkildə bildirib. Həta iki dəfə hakimi itələyib. O, buna görə qırmızı vərəqə də alıb. 

İtaliya mətbuatı iddia edir ki, təcrübəli futbolçuya bu hərəkətinə görə bir neçə oyunluq cəza veriləcək.

Qeyd edək ki, F. Riberi bu mövsüm Florensiya klubunun heyətində 8 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə verib.