Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

28.10.2019 15:46
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli avtomobillərə tətbiq edilən plyonka qadağasının aradan qaldırılmasını təklif edir. 

REYD xəbər verir ki, T.Kərimli "Report”a açıqlamasında deyib ki, plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır. Deputat qeyd edib ki, qanunvericiliyə dəyişikliklər edilməli, qadağa götürülməlidir: "Bu qadağanın tətbiq edilməsi absurddur. Beynəlxalq qanunvericiliyə əsasən, avtomobilin ön şüşələri istisna olmaqla, arxa şüşələrə plyonka və ya digər vasitələr vurula bilər. Belə bir qadağa yoxdur. Tutaq ki, biri ailəsinin gizliliyini təmin etmək istəyir, digəri görünmək istəmir, yəni bu, insanların seçim hüququdur. İnsanlar var ki, günəş şüasına qarşı allergiyası var, onlar nə etməlidir? Azərbaycanda milyonlarla insan avtomobilində ilin 6 ayında plyonkadan istifadə edir, digər 6 ayında isə plyonkanı sökür. Bu, həddindən artıq xərc tələb edir.

Dövlət qurumlarından xahiş edirik ki, bu absurd qərarı aradan qaldırsınlar. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtomobilləri saxlayırlar, plyonkaları sökürlər, sonra da cərimə yazırlar. Bu, biabırçı səhnədir. Müavinlərimdən birinin avtomobilinin pylonkasını sökərkən şüşəni tərləməkdən qoruyan texniki vasitəni də söküblər... Belə olmaz axı. Ölkəyə xarici vətəndaşlar gəlir, onların da avtomobillərinin plyonkasını sökürlər. Bir absurd qərar beynəlxalq münasibətlərdə də narazılıq yaradır. Bilmirəm, bəlkə də kimsə plyonka biznesi ilə məşğuldur, ona görə bu cür hallara yol verilir...”.

Xatırladaq ki, "Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.


SON XƏBƏRLƏR

2019-11-21

13:35 Kenquru hücum etdiyi qadını bu hala saldı- FOTO

13:27 DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi

13:25 Bələdiyyə torpağını qanunsuz satan sədr həbs edildi

2019-11-06

16:55 Yeniyetmə kompüter oyunu oynamaqdan öldü

16:54 Ərdoğan: Bağdadinin arvadı tutulub

2019-11-05

10:36 Ötən gün Bakıda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb

10:34 Sərhədi pozmaq istəyən 8 nəfər saxlanılıb

10:32 Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu: səkkiz yaralı

10:31 Bakıda 81 yaşlı kişi dəhşət saçdı - Törətdiyi qəzada ana və oğul öldü

2019-10-31

12:21 Azərbaycanda yararsız avtomobillərin dövriyyədən çıxarılması və utilizasiyası proqramı hazırlanır

12:18 Hakim Kakaya sarı vərəqə göstərdi, sonra selfi çəkdirdi - VİDEO

12:06 Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

2019-10-28

15:46 Deputat avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

12:10 Riberidən hakimə hörmətsizlik - FOTO

10:49 “Ginnesin Rekordlar kitabı”na düşən Bakı metrosundakı faciədən 24 il ötür

10:47 Azərbaycan sərhədini pozan Gürcüstan vətəndaşı ələ keçdi

2019-10-26

15:38 PA: Əminik ki, Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək

15:38 Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə sərnişin lokomotivi ilə yola salınıb

15:37 Sentyabrda hava nəqliyyatı ilə 251 min sərnişin daşınıb

15:35 “Könüllü gömrükçü”lərlə görüş keçirilib

davamı>>