Köhnə kitablarınız var? - "Libraff"dan maraqlı layihə

31.10.2019 12:06
"Libraff" kitab mağazaları şəbəkəsi bölgələrdə ikinci əl kitablardan ibarət kitabxanaların qurulması üçün "Kitabgəzər” layihəsinə qoşulacaq.

REYD xəbər verir ki, bu barədə "Libraff"ln direktoru Cəlalə Nəzəroğlu qeyd edib.

"Layihənin məqsədi kitablarını paylaşmaq istəyən şəxslərlə ehtiyacı olanlar arasında körpü yaratmaqdır. Kitablarını bizimlə paylaşmaq istəyənlər sosial şəbəkə vasitəsi ilə yaza bilərlər”, - o bildirib.