Masallıda ailə faciəsi: Baba öz nəvəsini maşınla əzib öldürdü

25.11.2019 13:51
Masallı rayonunda bədbəxt hadisə baş verib.

REYD Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan "Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.