Bakıda 15 yaşlı qız intihara cəhd etdi

27.11.2019 14:14
Bakıda 15 yaşlı qız intihara cəhd edib.

Bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.

Məlumatda qeyd olunub ki, noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə özünü dənizə atıb.

Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsi məqsədilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.