Yevlax sakini itkin düşüb

29.11.2019 09:56
Yevlax rayonunda anadan olan 1994-cü il təvəllüdlü Həsrət Cəbrayılova sentyabrın 21-də yaşadığı Binəqədi rayonu Metodrom qəsəbəsində yerləşən fərdi evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, evdən çıxarkən əynində tünd yaşıl rəngli uzunqollu köynək, qara rəngli cins şalvar və ağ rəngli idman ayaqqabısı olub.

H. Cəbrayılova sonuncu dəfə Yevlax rayonu ərazisində görülüb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinə 022-336-45-02 və (050) 397-90-70 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.