Droqba Mbappenin 10 il əvvəlki arzusunu reallaşdırıb - FOTO

04.12.2019 15:55
Fil Dişi Sahili millisinin sabiq futbolçusu Didier Droqba "Qızıl top" mərasimində keçmişlə bağlı xatirəsini bölüşüb.

REYD xəbər verir ki, o, 10 il əvvəl Kilian Mbappenin şəkil çəkdirmək istəyini qəbul etmədiyini bildirib: "10 il əvvəl oyundan sonra bir uşaq yaxınlaşıb mənimlə şəkil çəkdirmək istədi. Həmin gün hesabın təsirindən bu istəyi qəbul etməmişdim. Öyrəndim ki, həmin uşaq Kylian Mbappe imiş. Ona olan borcumu indi ödəyirəm".

Qeyd edək ki, Droqba aparıcısı olduğu "Qızıl top" mərasimində PSJ-nin hücumçusu Mbappe ilə selfi çəkdirib.