Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb

05.12.2019 14:33
Daxili işlər orqanlarında yeni təyinat olub.

REYD xəbər verir ki, Quba Regional Pasport Qeydiyyat İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hidayət Babayev vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, H.Babayev 2017-ci ilə qədər Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.