"Real Madrid"də "El-Klasiko" öncəsi ciddi itki

05.12.2019 16:57
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Eden Azar La Liqanın X turundan təxirə salınan "Barselona" ilə matçda iştirak etməyəcək.

REYD xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı belçikalı hücumçu zədə səbəbindən "El-Klasiko"nu buraxacaq. Oyunçunun sağalma müddəti daha sonra açıqlanacaq. Azar Çempionlar Liqasının qrup mərhələsinin V turunda Madriddə Fransa PSJ-si ilə görüşdə (2:2) xəsarət alıb.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək "Barselona" - "Real Madrid" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.