Türk futbolçu "Liverpul"un hədəfində

05.12.2019 17:12
Premyer Liqada məğlubiyyətsiz irəliləyən "Liverpul" türk futbolçunu heyətə qatmaq niyyətindədir.

REYD xəbər verir ki, "qırmızılar" Avropa nəhənglərinin diqqətini çəkən Uğurcan Çakır ilə maraqlanır.
İngilis klubunun skautları mövsümün əvvəlində gənc qapıçını izləmək üçün Türkiyəyə səyahət etmişdi.

23 yaşlı Uğurcan bir müddət əvvəl transfer xəbərlərinə münasibət bildirərkən "Avropada oynamaq istəyirəm, ancaq indi transferim gündəmdə deyil. Bütün diqqətimi "Trabzonspor"un uğuruna yönəltmişəm" sözlərini işlətmişdi.