Bolqarıstanda yaşayış binasında partlayış olub, ölən və yaralananlar var

13.01.2020 16:27
Bolqarıstanın Varna şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

REYD yerli mətbuata istinadən xəbər verir ki, xəsarət alanlardan 7-si xəstəxanaya yerləşdirilib. Onların həyatları üçün təhlükə olmadığı bildirilir.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Partlayışdan sonra binada yanğın baş verib.