Göygöldə narkotacir saxlanılıb

14.01.2020 12:26
Göygöldə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini R.Hüseynov tutulub. Axtarış zamanı ondan 3 qramdan artıq heroin götürülüb.

Davam etdirilən tədbirlərlə onun "Niva” markalı avtomobilindən 116 ədəd "Kontramal”, 56 ədəd "Pregabalin”, 127 ədəd "Tramadol”, "Metamfetamin” və heroin aşkar edilərək götürülüb.